"Şalke" "Bavariya"dan Almaniya millisinin üzvü Sebastian Rudini transfer edib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla 4 illik müqavilə bağlanılıb. Müqavilənin digər şərtləri açıqlanmayıb.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ötən il "Hoffenhaym"dan "Bavariya"ya keçmişdi. Rudi Münhen klubunda 25 oyuna 1 qol vurub.