UEFA “Lion”u cəzalandırıb.
Sportarena.az xəbər verir ki, ali futbol qurumu Fransa təmsilçisinin ötən il Avropa Liqasının 1/8 final mərhələsinin ÇSKA (Rusiya) ilə ev oyununu araşdırmaya başlamışdı. Doğma meydanda 2:3 hesabıyla uduzaraq, Avroliqada mübarizəni dayandıran “Lion”, azarkeşlərinin həmin oyundakı hərəkətlərinə görə cəzalandırılıb.
UEFA “Lion”a azarkeşsiz 1 oyun cəzası və 100 min avro cərimə tətbiq edib.
Fransa təmsilçisi bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki ilk ev oyununu boş tribunalar qarşısında keçirəcək.