AFFA-dan Çeferinə dəstək

13:41 28 Avqust 2018

AFFA rəhbərliyi 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü konqresində keçiriləcək seçkidə hazırkı UEFA prezidenti Aleksandr Çeferinin namizədliyini dəstəkləyəcək.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı AFFA-dan UEFA-ya müvafiq rəsmi məktub göndərilib. Məlumatı AFFA yayıb.

 

Ötən seçkidə də, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi Aleksandr Çeferinin namizədliyini dəstəkləmişdi.


Digər xəbərlər

Xəbər xətti