2017/18 mövsümünün ən gözəl müəyyənləşdi - VİDEO

17:42 28 Avqust 2018

UEFA 2017/2018 mövsümündə vurulan ən yaxşı qolu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 346 mindən çox azarkeşin iştirak etdiyi sorğuda Kriştiano Ronaldunun “Real”ın heyətində hazırkı komandası - “Yuventus”a Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda vurduğu qol birinci olub. Bu barədə məlumatı UEFA-nın rəsmi saytı yayıb.

 

Beləliklə, 197 mindən çox şəxs 33 yaşlı portuqaliyalı hücumçunun aşırma zərbə ilə vurduğu qolu ən yaxşı sayıb.

 

Ronaldo bu yay “Yuventus”a “Real”dan keçib.


Digər xəbərlər

Xəbər xətti