"Anji"nin prezidenti: "ABŞ-a görə borclarımız çoxalıb"

12:35 29 Avqust 2018

Mahaçqalanın “Anji” klubu ciddi maliyyə böhranı ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, klubun prezidenti Osman Kadiyev “Anji”nin borcu barədə danışıb. O, maliyyə böhranına ABŞ-ın sanksiyalarından sonra düşdüklərini də bildirib:

 

“Premyer Liqaya qayıdanda ciddi maliyyə çatışmazlığımız yox idi. Borcumuz hardasa, 13-15 milyon rubl idi. Başqa bir problem mövcud deyildi. Hər şey ABŞ-ın sanksiyalarından sonra başladı. Mənim bank hesablarım donduruldu. Bundan sonra vəziyyət kəskinləşdi. Ötən mövsümdən uşaqlara borcumuz qalıb. Ancaq məbləğ o qədər də böyük deyil. Ümumilikdə isə hazırda “Anji”nin bütün borcu 260 milyon rubldur”.


Digər xəbərlər

Xəbər xətti