AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Birinci Divizionun 1-ci və 2-ci turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Birinci divizionun 1-ci turunun “Şüvəlan” - “Sumqayıt-2” matçının 36-cı dəqiqəsində “Sumqayıt-2”-nin futbolçusu Səbuhi Abdullazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
Birinci divizionun 1-ci turunun “Qaradağ-Lökbatan” - “Neftçi-2” matçında “Neftçi-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 2-ci turunun “Qarabağ-2” - “Turan Tovuz” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 2-ci turunun “Neftçi-2” - “Sabah-2” matçının 66-cı dəqiqəsində “Sabah-2”-nin məşqçisi Alim Qurbanov qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.
Birinci divizionun 2-ci turunun “Keşlə-2” - “Sumqayıt-2” matçında “Sumqayıt-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 90+5-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.