Rusiya Premyer Liqasında çıxış edən "Krılya Sovetov" klubu yarımmüdafiəçisi Azər Əliyevlə yolları ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Məlumatda Azərbaycan əsilli rusiyalı futbolçu ilə müqavilənin qarşılıqlı razılaşma əsasında pozulduğu qeyd edilib.
Premyer Liqa təmsilçisində millimizin üzvü Ramil Şeydayev də çıxış edir.
Qeyd edək ki, AFFA-nın milli komandaya cəlb etmək istədiyi Əliyev ötən mövsüm "Yenisey"dən Samara klubuna keçmişdi