Millimizin rəqibi 2 futbolçunu milliləşdirir

13:31 30 Avqust 2018

Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən olan Malta millisi heyətini əcnəbi futbolçularla gücləndirmək istəyir.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Rey Farruciya federasiyadan braziliyalı oyunçular – Antonio Koşta  və Aleks de Payxaonun milliləşdirilməsini istəyib.  Onun müraciətindən sonra federasiya hər iki hücumçuya vətəndaşlıq almaq üçün müvafiq qurumlara lazım olan sənədləri təqdim edib. Ancaq futbolçularla bağlı yekun qərarın nə zaman açıqlanacağı bəlli deyil.

 

Qeyd edək ki, Antonio Koşta Estoniyanın “Nomme Kalyu”, Aleks de Payxao isə Maltanın “Baltsan” klubunda çıxış edir. Sonuncu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda (4:1) “Keşlə”yə qol vurmuşdu.


Digər xəbərlər

Xəbər xətti