ABŞ millisinin üzvü Klint Dempsi futbolçu karyerasını bitirib.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib. Karyerası ərzində “Fulhem”, “Tottenhem” kimi klublarda forma geyinən Dempsi, son olaraq ABŞ-ın “Sietl Saunder” klubunda forma geyinirdi.
İngiltərə Premyer Liqasında 72 qol vuran Dempsi, ABŞ futbol tarixinin ən çox qol vuran futbolçusu ünvanına sahibdir.
35 yaşlı futbolçu ABŞ yığması ilə 141 oyunda iştirak edib və 57 qola imza atıb.