Avropada ötən mövsümün ən yaxşı oyunçusu kim seçildi?

22:20 30 Avqust 2018

Avropada 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Real"ın yarımüdafiəçisi Luka Modriç ötən mövsümün ən yaxşı oyunçusu seçilib. O, səsvermədə sabiq komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul"un hücumçusu Məhəmməd Salahı qabaqlayıb.

 

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılıb.

 

Qeyd edək ki, Modriç ötən mövsüm "Real"la Çempionlar Liqasının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti