Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılacaq.
Sportarena.az xəbər verir ki, turnirin final oyununun ev sahibi şəhəri Bakını püşkatma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov və qarşılaşmanın səfiri Vəli Qasımov təmsil edəcək.
Xatırladaq ki, “Qarabağ” dünən “Şerif”i cavab oyununda 3:0 hesabı ilə məğlub etməklə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.