Türkiyənin "Beşiktaş" klubu "Torino"nun və Serbiya milli komandasının futbolçusu Adam Lyayiçi heyətinə qatıb.
Sportarena.az xəbər verir ki, “qara qartallar” 27 yaşlı yarımmüdafiəçinin klubu və özü ilə razılıq əldə edib. Bu barədə məlumatı Türkiyə mətbuatı verib. Lyayiç 1 illik icarə əsasında "Beşiktaş"da çıxış edəcək. Futbolçunun agenti Maris Doloviç sosial şəbəkədə futbolçu ilə birlikdə İstanbula getdiklərini yazıb.
Qeyd edək ki, Adam Lyayiç Serbiya millisinin DÇ-2018-dəki heyətində də yer alıb.