Rusiyanın "Krılya Sovetov" klubundan ayrılan azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası məlum olub.
Sportarena.az xəbər verir ki, 24 yaşlı futbolçu "Ufa"ya keçib.
"Krılya Sovetov" Əliyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi. O, Samara komandasının heyətində 40 oyuna 5 qol vurub.
Azər Əliyev AFFA-nın milliyə cəlb etmək istədiyi futbolçulardan biridir.