742 milyonluq qrup

20:07 31 Avqust 2018

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bu turnirdəki təmsilçimiz “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqiblərinin heyətlərinin dəyəri məlumdur. “Transfermarkt” saytına görə, qrupun ən dəyərli komandası “Arsenal”dır. “Topçular”ın futbolçularının ümumi qiyməti 554 milyon avrodur.

 

Qiymətinə görə 2-ci yerdə isə “Sportinq” qərarlaşıb. Lissabon təmsilçisinin futbolçularının toplam dəyəri 164,58 milyon avrodur. Ukrayna “Vorskla”sının oyunçularının dəyəri isə 12,10 milyon avrodur.

 

Təmsilçimiz “Qarabağ” isə umumi futbolçu dəyərinə görə son pillədədir. “Köhlən atlar”ın qiyməti “transfermarkt”da 11,5 milyon avro göstərilib.

 

Qrupun ümumi dəyəri isə 742,18 milyon avrodur.


Digər xəbərlər

Xəbər xətti