Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “İnqolştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 79-cu dəqiqəsində meydana buraxılıb. Komandasının son qolunu da 90-cı dəqiqədə millimizin yarımmüdafiəçisi vurub.
“Ersgebirge” hazırda 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.