"Arsenal"ın qapıçısı: "Bakıda meydança çox yaxşıdı, fanatlar isə inanılmazdı"

11:31 1 Sentyabr 2018

"Bakıda meydança çox yaxşıdı, fanatlar isə inanılmazdı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri London "Arsenal"ının qapıçısı Bernd Leno klubunun rəsmi saytına açıqlamasında bildirib. "Topçular" Avropa Liqasının qrupunda "Qarabağ", "Sportinq" və "Vorskla"yla birgə E qrupunda çıxış edəcək. "Arsenal"da Petr Çexin əvəzləyəcisi olan Leno Almaniya yığmasının heyətində Bakya səfərini xatırlayıb:

 

"Qarabağ"ın futbolçularını elə də tanımıram. Ancaq onu deyə bilərəm ki, bizi uzun yol və maraqlı səfər gözləyir. Ümumilikdə, püşkatma maraqlı alındı. "Sportinq" yaxşı stadionu olan yaxşı klubdu. Digər iki rəqibimizi elə də tanımıram, ancaq maraqlı matçlar olacaq. Təbii ki, uzun səfərlər problemlər yaradır, çünki həmin ərəfələrdə çoxlu oyunlarımız olacaq. Ona görə də uzun yol bərpa olunmaq üçün yaxşı imkan deyil. Ancaq geniş heyətimiz var və baş məşqçi rotasiya edəcək. Həftəsonu oynayan bəzi futbolçuları dəyişə bilər və biz hamımız bu vəziyyətləri bilirik".

 

Xatırladaq ki, Lenonun qapıda durduğu həmin qarşılaşma 2017-ci ilin martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Almaniya yığmasının millimizə 4:1 hesabıyla qalib gəldiyi bu rəsmi oyunda Berndın qapısına 30-cu dəqiqədə yarımmüdafiəçimiz Dmitri Nazarov yol tapıb. 


Digər xəbərlər

Xəbər xətti