Ramil Şeydayevə şans verilmədi

18:22 1 Sentyabr 2018

Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Anji” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

 

“Krılya Sovetov” 6 turdan sonra 7 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti