“Çox yaxşı qrupdur. Əvvəlcədən də istəyimiz Poltavada Avropa səviyyəli komandalara qarşı yaxşı oyun göstərmək idi”.
Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının E qrupunda “Qarabağ”ın rəqibi olan “Vorskla” klubunun prezidenti Roman Çernyak Ukrayna mətbuatına açıqlamasında deyib. Püşkü dəyərləndirən R. Çernyak arzuladıqları qrupa düşdüklərini bildirib:
Qeyd edək ki, “Qarabağ”la “Vorskla” arasında ilk oyun oktyabrın 25-də Bakıda, noyabrın 9-da isə Poltavada keçiriləcək.