Futbolçumuz ilk məğlubiyyətə üzüldü

10:32 2 Sentyabr 2018

Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Ümraniyyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Ozan da bu görüşün iştirakçısı olub. Millimizin üzvü 57-ci dəqiqədə meydana buraxılıb.

 

İlk məğlubiyyətini alan “Girəsunspor” 4 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti