UEFA növbəti mövsümdən avrokuboklarda VAR sistemini tətbiq etməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı UEFA prezidenti Aleksandr Çeferin verib. O, 2019/20 mövsümünün açılışında - UEFA superkuboku qarşılaşmasında ilk dəfə VAR sistemindən istifadə edəcəklərini deyib:
“Hazırda VAR sistemindən istifadə tam aydın deyil. Bir sıra aydın olmayan nüanslar hələ də qalır. Ancaq geriyə yol yoxdur, texnologiya əvvəl-axır oyuna daxil olacaq. Bu gün plan belədir - sistemdən istifadəyə növbəti mövsümdən başlamaq. Növbəti mövsümün açılış oyununda - UEFA superkubokunda VAR sistemindən yararlanacağıq".
Qeyd edək ki, Çeferin Çempionlar Liqasının püşkatma mərasimindən öncə açıqlama verərək VAR-dan istifadə etməyəcklərini bildirmişdi.