Futbol üzrə Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Lvov” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
Paşayev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Aleksandriya” geridə qalan turlarda topladığı 16 xalla 2-ci pillədə qərarlaşıb.