İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Liverpul"un hücumçusu Sadio Mane ötən ayın ən yaxşı oyunçusu seçilib. Seneqallı futbolçu Serxio Auero (“Mançester Siti”), Nil Eteric (“Kardiff Siti”), Benjamen Mendi (“Mançester Siti”), Lukas Moura (“Tottenhem”) və Roberto Pereyranı (“Uotford”) qabaqlayıb.
Qeyd edək ki, Mane avqustda meydana çıxdığı 3 matçda 3 qol vurub.