Gimnastımızdan bürünc medal

16:34 3 Sentyabr 2018

Azərbaycan gimnastı Yelizaveta Luzan Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal əldə edib.

 

Sportarena.az xəbər verir ki, fərdi proqramda çıxış edən Luzan lentlə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. O, çoxnövçülükdə 4-cü, halqa, top və gürzlərlə çıxışlarına görə isə 6-cı olub. Millimizin digər fərdi gimnastı Məryam Səfərova isə çoxnövçülükdə 9-cu yerdə qərarlaşıb.

 

Beynəlxalq turnirdə 15 ölkədən 200-ə yaxın gimnast iştirak edib.


Digər xəbərlər

Xəbər xətti