Azərbaycanlı futbol hakimi Rəhim Həsənov milli komandaların oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, Həsənov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda, sentyabrın 6-da keçiriləcək İslandiya - Estoniya oyununun baş hakimi olacaq.
Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.