UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Sportarena.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə toplanışa "Qarabağ"dan Şahruddin Məhəmmədəliyev dəvət olunub.