Birinci Divizionda yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, bu gün Gəncə klubu səfərdə “Turan Tovuz”la qarşılaşıb. Qərb derbisi “sarı-göylər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqlardan qolları ikinci hissədə Məhərrəm Hüseynov, Eltac Mirzəyev və Elcan Rəhimov vurub.
Xatırladaq ki, çempionatın startı ərəfəsində bu komandalar yoldaşlıq matçı çərçivəsində iki dəfə üz-üzə gəlmiş və hər iki oyun 2:2 hesablı bərabərliklə nəticələnmişdi.