Azərbaycanın FİFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasındakı yoldaşlıq oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, Ağayev sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq. Onun köməkçiləri isə Zeynal Zeynalov və Rza Məmmədov olacaq.