"Araz"ın ÇL-dəki oyunlarının vaxtı məlum oldu

13:15 4 Sentyabr 2018

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz”ın oyunlarının vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu mübarizəyə “Vytis”lə qarşılaşma ilə start verəcək. Bu oyun oktyabrın 3-də keçiriləcək. Təmsilçimiz ertəsi gün “Valletta” ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. “Araz” “Luçenec”lə gücünü sınayacaq.

 

Qeyd edək ki, 8-ci qrupun oyunları Slovakiyada keçiriləcək.

 

3 oktyabr

Araz - Vytis (Litva) 
Sportova hala Arena. Saat 17:30

 

4 oktyabr

Valletta (Malta) - Araz 
Sportova hala Arena. Saat 17:30

 

6 oktyabr

Araz - Luçenec (Slovakiya) 
Sportova hala Arena. Saat 20:00

 

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. Canlı yayımla əlaqədar başlama saatı dəyişdirilə bilər.


Digər xəbərlər

Xəbər xətti