Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kosovoya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, sentyabrın 7-də Bakıda baş tutacaq bu görüş Norveçdən olan hakimlərə tapşırılıb. Qarşılaşmanın baş hakimi Ola Hobber Nilsen olacaq. Ona yan xətt hakimləri Tom Harald Qroneviklə Qeyr Oskar İsaksen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Oysteyn Simon Yatterland yerinə yetirəcək. Əlavə hakim köməkçiləri isə Espen Andreas Eskas və Tom Harald Haqen olacaq.
Hakimlərin işinə Portuqaliyadan olan Lusilio Kardozo Kortes Batista qiymət verəcək. UEFA nümayəndəsi isə hollandiyalı Martin Sturkenbom olacaq.
Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Ola Hobber Nilsen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilə “Kukesi” (Albaniya) - “Qarabağ” matçını da (0:0) idarə etmişdi