Şehiç Azərbaycanda idman məktəbi açır

16:33 4 Sentyabr 2018

Ötən mövsüm "Qarabağ"dan ayrılaraq, Türkiyənin "Ərzurumspor" klubuna transfer olan İbrahim Şehiçin Azərbaycanla bağlı planları bitməyib.

 

Sportarena.az xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının üzvü paytaxt Bakıda idman məktəbi açacaq. Bu barədə 30 yaşlı qolkiper sosial şəbəkə hesabında məlumat verib:

 

"Yaxın zamanlarda Azərbaycanda İdman Təhsil Mərkəzinin açılışı olacaq. Mən və idmançı dostlarımın töhfələriylə azərbaycanlı gənc istedadlıları çalışdıraraq, bildiyimiz bütün şeyləri onlara öyrətmək istəyirik. Biz həmin istedadlıların Bosniya və Herseqovina, Rusiya, Türkiyə, Yunanıstan və yerli klublara transferi üçün çalışacağıq. Məqsədimiz Azərbaycandakı istedadlı uşaqların yoxa çıxmamasıdır. İlk 3 ay ərzində məktəb ödənişli olacaq. Daha sonra isə istedadlılar pulsuz çalışacaq. Bütün şərtlər yaxın zamanlarda açıqlanacaq".

 

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti