Futzal çempionatında çıxış edən "İtaldizayn" klubu fəaliyyətini dayandırıb.
Sportarena.az Rekord.az-a istinadən xəbər verir ki, buna səbəb maliyyə sıxıntısıdır. Artıq rəhbərlik komanda üçün vəsait xərcləməyi düşünmür.
Komandanın adını daşıdığı "İtaldizayn" şirkəti gənclər və idman naziri Azad Rəhimovunm oğluna məxsus olduğu deyilir.