Ramil Quliyev "ayın ən yaxşısı" adına namizədlər sırasında

18:16 4 Sentyabr 2018

Beynəlxalq yarışlarda Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev "avqust ayının atleti" adına namizədlər sırasındadır.

 

Sportarena.az  xəbər verir ki, Berlin Olimpiya stadionunda keçirilən qitə birinciliyində 200 metr məsafəyə qaçışda 19,76 saniyə göstərici ilə şəxsi rekordunu qıraraq, qızıl medal qazanan Ramil Quliyev, Avropa Atletika Assosiasiyası tərəfindən “ayın atleti” mükafatına namizəd göstərilib.

 

Xatırladaq ki, Ramil ötən il 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti