Futzal Federasiyasının rəsmi saytı fəaliyyətə başladı

14:54 5 Sentyabr 2018

Azərbaycan Futzal Federasiyasının rəsmi saytı  fəaliyyətə başlayıb.
 
Sportarena.az xəbər verir ki, sayt vasitəsilə federasiyanın gördüyü işlərlə bağlı rəsmi xəbərlərlə, futzal üzrə ölkə çempionatının müxtəlif liqalarının, eləcə də Azərbaycan kubokunun oyunlarının nəticələri ilə tanış olmaq mümkün olacaq.
 
Eyni zamanda saytda oyunların canlı nəticəsi, turnir cədvəlləri, milli komandaların heyəti, keçirdiyi və keçirəcəyi oyunlar haqda mütəmadi xəbərlər yerləşdiriləcək.


Digər xəbərlər

Xəbər xətti