"Kamran Ağayev yavaş-yavaş meyxanadan uzaqlaşır"

19:00 6 Sentyabr 2018

"Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Baş məşqçimiz rəqibə qarşı oynamağın yolunu göstərib. Yaxşı nəticə ilə xalqı sevindirməyə çalışacağıq".

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəkləri ilk tur matçından əvvəl mətbuat konfransında deyib. 32 yaşlı qolkiper "Niyə də yox?!" şüarına meyxana həsr etmişdiniz, bu dəfə belə bir fikiriniz varmı" sualına belə cavab: "Əvvəl oynayaq, sonrasına baxarıq".

 

Bu suala Qurban Qurbanov da reaksiya verib. O, "Kamran yavaş-yavaş meyxanadan uzaqlaşır. Bundan sonra bütün fikrini oyuna yönəldəcək" deyib.

 

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti