Rəşad Sadıqov: "Penaltini ulduz futbolçular da qaçıra bilər"

23:22 6 Sentyabr 2018

21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə qrup mərhələsində israilli həmyaşıdları ilə oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı çalışdırıcı əvvəlcə 1:1-lik heç-heçəni dəyərləndirib.

 

- Olduqca gərgin oyun keçdi. Bilirdik ki, rəqibimizin ustalıq səviyyəsi yüksəkdi. Ümumiyyətlə, ağır qrupda mübarizə aparırıq. Bütün rəqibləri daha yaxından analiz etdikdən sonra bir daha buna şahidlik etdim. Daha yaxşı oynaya bilərdik. Sadəcə, hiss olunurdu ki, futbolçularımız ən yaxşı formalarında deyil. Rəqibin heyətində bütün futbolçular İsrailin güclülər dəstəsində oynayırlar. Yalnız ilk dəqiqədə istədiyimiz pressinqi tətbiq etdik. Bilirdik ki, rəqibin ən yaxşı cəhəti topla davranmağı bacarmasıdı. Fasilədən sonra bir qədər özümüzə gəldik. Üç-dörd epizod yarada bildik. Uşaqlara təşəkkür edirəm ki, sonadək döyüşdülər.

 

- Renat zədəli idi ki, penaltini Ziya vurdu?
 

- Bəli, zədələndi və kənara çəkildi. Ziya penaltiləri pis vurmur. Amma penaltini ulduz futbolçular da qaçıra bilər. Elə bir problem görmürəm.

 

- Renat Dadaşovu meydana sanki döyə-döyə çıxarmışdılar. Onun bu cür davranışının səbəbi nə idi?
 

- Fikrinizlə razılaşmıram. Dadaşov olduqca istəkli idi, mübarizə aparırdı. Renatda dəyişiklik var və ondan razı qaldım.


- Dörd gündən sonra Norveçlə oyunda dəyişiklik gözlənilirmi?
- Bəli, ediləcək. Həm bir sıra futbolçumuz yorulub, həm də Norveç fərqli taktikayla oynayır. Qrupun favoritinə qarşı oynayacağıq.

 

- Renatın zədəsi ciddidi?
 

- Xeyr, adi qıcolma idi.

 

- Qurban Qurbanovun oyunu izləməsi futbolçulara əlavə motivasiya verdimi?
 

- Qurban müəllim hətta məşqlərə də diqqət yetirir. Bununla da o, millimizin gələcəyinə ümid bəsalədiyini nümayiş etdirdi.

 

- Bu gün Qurban Qurbanov tam heyətlə oyununuzun ilk yarısını izlədi. Rejimə görə fasilədə tribunaları tərk etdilər. Siz necə, sabah tam tərkibdə millimizin oyununu izləyəcəksiniz?

 

- Mütləq izləyəcəyik, özü də sonadək. Yığma komandamızı ciddi sınaq gözləyir. Kosovonun baş məşqçisinin açıqlamalarını oxudum. Sanki qrupda 3 favorit var, bir tək öz komandası zəifdi. Əslində isə belə deyil. Sabah millimizi çox ağır sınaq gözləyir.

Sport24.az


Digər xəbərlər

Xəbər xətti