Braziliya millisinin əsas kapitanı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə yerli mətbuata komandanın baş məşqçisi Tite məlumat verib. O, kapitanlıq sarğısını PSJ-nin hücumçusu Neymarın daşıyacağını deyib.
Bu il Rusiyada keçirilən dünya çempionatında müxtəlif futbolçular Braziliya millisində kapitan olmuşdu.
Qeyd edək ki, 2010-cu ildən yığmaya dəvət alan Neymar 90 oyuna 57 qol vurub.