“Düşünürəm ki, çətin oyun oldu. Amma yaxşı mübarizə apardıq. Qazandığımız bir xalın dəyərli olması üçün növbəti oyunlarda qələbə qazanmalıyıq. İstədiyimiz oyunu oynaya bilmədik. Azərbaycan millisi də yaxşı mübarizə apardı. Biz öncədən rəqibimizin gücün bilərək hazırlaşmışdıq".
Sportarena.az xəbər verir ki, bu sözləri Kosova yığmasının futbolçusu Vedat Muriqi UEFA Millətlər Liqasının ilk turunda millimizlə heç-heçə etdikləri oyundan(0:0) sonra jurnalistlərə açıqlamasında deyib.
24 yaşlı hücumçu millimizin futbolçularını ayrı-ayrılıqda fərqləndirməyin çətin olduğunu bilidirib:
“Meydanda bunu hiss etmək bəzən çətin olur. Meydandan kənarda bunu rahat görmək olur. Amma Kamran Ağayevlə Türkiyədə "Girəsunspor"un şərəfini qoruduğum vaxtlarda bir neçə dəfə üz-üzə gəlmişəm. Kamranı ordan tanıyırdım. Meydanda buna diqqət etmək çətindir.
Muriqi millimizlə cavab qarşılaşması haqda da danışıb:
“Sonuncu oyunumuz da Azərbaycanla olacaq. Kosovadakı matçda azarkeş dəstəyimiz də olacaq. Yeni stadionumuzda oynayacağıq. Ona görə düşünürəm ki, öz meydanımızdakı matç başqa cür olacaq. Azarkeş dəstəyi ilə daha hücumameyilli oynayacağıq. Qarşıdakı Farer adaları və Malta oyunlarından maksimum nəticə ilə ayrılsaq, Azərbaycanla sonuncu matçda əlimizdən gələni edəcəyik”.