"Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi UEFA Millətlər Liqasının ilk turu çərçivəsində İsraillə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, 35 yaşlı müdafiəçi komandasının 1:0 hesabı ilə qalib gəldiyi matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Albaniya növbəti görüşünü sentyabrın 10-u səfərdə Şotlandiyaya qarşı keçirəcək.