21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Norveçə qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, matçı San Marino Futbol Federasiyasından Barbeno Luka idarə edəcək. Ona həmyerliləri Françesko Lunardon və Salvatore Tuttifrutti köməklik edəcək. Dördüncü hakim funksiyasını Mişel Skarpino yerinə yetirəcək.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək Azərbaycan-Norveç görüşü sentyabrın 11-i saat 20:00-da başlayacaq.