"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni Simeone Argentina millisində debüt oyununda qol vurub.
Sportarena.az xəbər verir ki, 23 yaşlı hücumçu Qvatemala ilə yoxlama matçında (3:0) bir dəfə fərqlənib. O, 44-cü dəqiqədə qol vurub.
Qeyd edək ki, "Fiorentina"nun oyunçusu C.Simeonenin bu yay "Atletiko"nun transfer istədiyi iddia olunurdu.