Qurban Qurbanov iki futbolçunu heyətdən kənarlaşdırdı

13:55 10 Sentyabr 2018

Bu gün Millətlər Liqasının 2-ci turunda Malta ilə qarşılaşacaq yığmamızın heyətində dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki,  iki futbolçu millidən  kənarlaşdırılıb. 

 

Komandamızın baş məşqçisi Qurban Qurbanov müdafəçi Bəxtiyar Həsənalızadə (“Sumqayıt”) və hücumçu Ruslan Qurbanovun (“Səbail”) adını siyahıdan çıxarıb. Əvəzində Millətlər Liqasının 1-ci turunda Kosovo ilə oyunda (0:0) iştirak  etməyən Namiq Ələskərovun adı 23-lüyə daxil edilib.

 

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə Kosovo ilə görüşdə iştirak etməmişdi. Ruslan Qurbanov isə ilk 11-likdə meydana çıxdığı oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi.


Digər xəbərlər

Xəbər xətti