On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu gündən Bakıda təlim-məşq toplanışı başlayıb.
Sportarena.az xəbər verir ki, sentyabrın 17-dək davam edəcək toplanışa 21 futbolçu dəvət olunub.
Toplanışda Vüsal Şabanov ("Qəbələ”), Fərid Xasıyev ("Qarabağ”), Müşviq Nadirov ("Qəbələ”), Nemət Musayev ("Sabah”), Emil Mammadli ("Neftçi”), Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə (hamısı "Qəbələ”), Fərid Yusifli ("Neftçi”), Fərid Muxtarov ("Keşlə”), Veysəl Rzayev, Samir Məhərrəmli (hər ikisi "Qəbələ”), Cavidan Abbaszadə ("Sumqayıt”), Valeh Qəhramanlı ("Neftçi”), Rauf Məhərrəmov ("Qəbələ”), Emil Quluzadə ("Neftçi”), Musa Qurbanlı ("Qarabağ”), Emil Bayramov ("Obolon Brovar”, Ukrayna), Samir Abdullayev ("Keşlə”) və Tuhid Abdullazadə ("Qarabağ”) iştirak edirlər.