Əliyar Ağayev Rusiya-Çexiya oyununu idarə etdi

10:17 11 Sentyabr 2018

Azərbaycanın FİFA referisi Əliyar Ağayevin baş hakimi olduğu Rusiya və Çexiya milli komandaları arasında yoxlama oyunu keçirilib.


Sportarena.az xəbər verir ki, Rostov şəhərində keçirilən matçda Rusiya 5:1 hesabı ilə qalib gəlib.

 

Rusiya - Çexiya - 5:1

Qollar: Aleksey İonov, 8 (1:0), Anton Zabolotnu, 24 (2:0), Aleksey İonov, 29-pen,  Tomaş Souçek (3:1), Aleksandr Yerokhin, 78 (4:1), Dmitri Poloz, 83 (5:1). Ağayev oyunda hər iki sarı vərəqəni çexiyalı futbolçulara göstərib. 29-cü dəqiqədə yan Boril, 63-cü dəqiqədə Tomaş Souçek cəzalanıb. 

 

Xatırladaq ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov köməklik edib.

 


Digər xəbərlər

Xəbər xətti