Millimiz Kamerunu məğlub etdi

10:53 11 Sentyabr 2018

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Dünya Çempionatına hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, hazırda Sloveniyada təlim-məşq toplanışında olan komandamız növbəti yoldaşlıq oyunu keçirib.

 

Yığmamız Mariborda bu dəfə Kamerun kollektivini sınağa çəkib. Yoldaşlıq görüşündə üstün keçirən voleybolçularımız meydandan qalib ayrılıblar. Ümumilikdə 4 hissə davam edən qarşılaşmada millimiz 4:0 hesabı ilə qələbə qazanıb.

 

Yoldaşlıq oyunu

Azərbaycan - Kamerun 4:0 (25:21, 25:21, 25:21, 25:12)


Digər xəbərlər

Xəbər xətti