"Qəbələ"nin legioneri oynadı, komandası məğlub oldu

13:54 11 Sentyabr 2018

UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, əyalət təmsilçisinin futbolçusu Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi də növbəti sınağına çıxıb. C liqasının 1-ci qrupunda yer alan albaniyalılar Şotlandiyanın qonağı olub. Qlazqonun “Hampden Park” stadionunda keçirilən matça start heyətində çıxan Lilay 90 dəqiqə meydanda olub. Lakin onun komandası səfərdən xalsız dönüb. İkinci hissədə vurulan 2 cavabsız qol britaniyalılara qələbə qazandırıb.

 

Xatırladaq ki, bu oyun Sabienin millidə 17-ci matçı olub.


Digər xəbərlər

Xəbər xətti