Çexiya yığması baş məşqçisiz qaldi

17:02 11 Sentyabr 2018

Futbol üzrə Çexiya yığması baş məşqçisiz qalıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən komandanın baş məşqçisi Karel Yarolim istefaya göndərilib. Bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər.

 

Qeyd edək ki, Çexiya yığması ötən gün yoxlama oyunu çərçivəsində Rusiyaya 1:5 hesabıyla uduzub. 

 

Yarolim 2016-cı ildən Çexiya yığmasını çalışdırırdı.

 


Digər xəbərlər

Xəbər xətti