“Atletiko”nun baş məşqçisi Dieqo Simeone gələcəkdə “İnter”i çalışdırmaq istəyir.
Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis bir gün bu komandanın sükanı arxasına keçəcəyini bildirib: “İtalyan jurnalistlər hər zaman mənə bu sualı verirlər. Artıq mənim üçün də klassikləşib. Həmişə demişəm ki, bir gün “İnter”in baş məşqçisi olacağam. Bu variant xoşuma gəlir. İndi isə komandanın yaxşı işləyən öz çalışdırıcısı var. Mənim isə “Atletiko”da işlərim yaxşı gedir”.
Simeone Milan təmsilçisini çalışdıra biləcəyi vaxtı da açıqlayıb: “Bu keçid gerçəkləşəndə, hamınız biləcəksiniz. Düşünürəm ki, 2020-ci ildə ola bilər. Çünki həmin vaxt “Atletiko” ilə müqaviləm başa çatacaq. Buna isə hələ 2 il var”.
Qeyd edək ki, Simeone futbolçu kimi 1997-199-cu illərdə “İnter”də çıxış edib.