Donald Gerye: "Onun arzusunu yerinə yetirməyə hazıram”

12:57 12 Sentyabr 2018

“Mən universal futbolçuyam. Müdafiə və yarımmüdafiənin cinahlarında, hətta hücumda da oynaya bilərəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın haitili yarımmüdafiəçisi Donald Gerye ölkəsinin mətbuatına açıqlamasında deyib. 

 

Mövqeyi yarımmüdafiəçi olmasına baxmayaraq, 29 yaşlı oyunçu Ağdam klubunda daha çox cinah müdafiəçisi kimi çıxış edir. Gerye bunun ona heç bir çətinlik yaratmadığını bildirib: “Klubda olduğu kimi, millidə də istənilən mövqedə oynaya bilərəm. Bu, oyunun intensivliyindən, komandanın oyun üslubundan asılıdır. Baş məşqçi hansı mövqeyə qoysa, orada oynağa, onun arzusunu yerinə yetirməyə hazıram”.

 

Qeyd edək ki, 2017-ci ilin yayında “Qarabağ”a gələn Gerye ilk vaxtlarda hücumameylli yarımmüdafiəçi kimi çıxış etsə də, sonradan Qurban Qurbanov onu müdafiənin solunda – Ansi Aqollinin mövqeyində sınamağa başlayıb.


Digər xəbərlər

Xəbər xətti