Çempionatda iştirak edəcək komandaları müəyyənləşdi

18:36 12 Sentyabr 2018

Həndbol üzrə 26-cı Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, oktyabrın 6-da start götürəcək yarışda 6-sı qadınlardan, 4-ü isə kişilərdən ibarət olmaqla 10 komanda iştirak edəcək.

 

Kişilərin mübarizəsinə "Bakı", "Təhsil", "U-16" və "Məhsul", qadınların mübarizəsinə isə "Azərsu", "Azəryol", "Gənclər Birliyi", "İdman Akademiyası","Olimpiya", "Qarabağ" komandaları qatılacaq. 

 

İlk yarış günündə "Gənclər Birliyi" "Azəryol"la, "İdman Akademiyası "Qarabağ"la, "Azərsu" isə "Olimpiya" kollektivi ilə üz-üzə gələcək. Oyular "ABU Arena"da təşkil olunacaq. 

 


Digər xəbərlər

Xəbər xətti