Dünya Çempionatına hazırləqıarı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığması vətənə dönüb.
Sportarena.az xəbər verir ki, Sloveniyadakı təlim-məşq toplanışını başa vuran komandamız bu gün Bakıya qayıdıb. Bir neçə gün paytaxtda qalacaq yığmamızın bir neçə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulur. Bundan sonra voleybolçularımız mundialda iştirak üçün Yaponiyaya yollanacaqlar.
Qeyd edək ki, millimiz Sloveniyadakı təlim-məşq toplanışının ikinci etapında Kamerun kollektivi ilə yoldaşlıq oyunu keçirib 4:0 hesabı ilə qələbə qazanıb.